Azərbaycan Türkiyədə baş vermiş terror aktlarına görə dərin başsağlığını verir.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşdən sonra jurnalistlərə deyib.
O bildirib: "Bizim bu məsələ ilə bağlı mövqeyimiz aydındır, biz terroru onun bütün təzahürlərində qınayırıq".
XİN rəhbəri əlavə edib ki, hazırda xəsarət almış azərbaycanlı vətəndaşlar barədə məlumat yoxdur.
E.Məmmədyarov: "Biz regional və ikitərəfli münasibətləri, ölkələrimiz arasında mövcud olan strateji münasibətləti müzakirə etdik".
Onun sözlərinə görə, tərəflər enerji əlaqələrini və Bakı-Tbilisi-Qars dəmir yolu tikinti layihəsini müzakirə ediblər.
yap.org.az