PDF Oxu

Siyasət

  • 29

“Ankara terroru rus-türk konfliktini dərinləşdirməyə hesablanıb” AÇIQLAMA

“Ankara terroru rus-türk konfliktini dərinləşdirməyə hesablanıb” AÇIQLAMA

"Bu qanlı terrorun törədilməsində PKK-nın əlinin olması şübhəsizdir". Bunu SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Cəbrail Fərzəliyev deyib.O bildirib ki, PKK lideri Mustafa Karayılanın da dediyi kimi, bu terror təşkilatı partlayışları kəndlərdən daha çox şəhər mərkəzlərində həyata keçirir: "Ümumi konteksdən yanaşdıqda Ankara terrorunun arxasında bir neçə mühüm məqam dayanır. Birincisi, bu partlayış Türkiyəni təhdid edərək onu hansısa hərəkəti etməkdən çəkindirmək məqsədi daşıyır. Digər diqqət çəkən məqam isə bu partlayışın bir neçə mühüm səfər öncəsi baş verməsidir. Belə ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun Avropa Birliyinin zirvə toplantısında iştirak etmək üçün Brüsselə rəsmi səfəri gözlənilirdi, bundan başqa Türkiyə prezidentinin Gəncəyə səfəri və prezident İlham Əliyevlə region üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi gözlənilirdi. Hansı ki, bu müzakirələr içərisində əsas müzakirə predmetinin Türkiyə-Rusiya konflikti olacağı gözlənilirdi. Bütün bunları nəzərə alaraq demək istəyirəm ki, partlayışın məhz Türkiyə prezidenti Ərdoğanın səfərinə mane olmaq üçün törədiliyini istisna etmək olmaz"."Hesab edirəm ki, terror aktının arxasında xarici amillər var. Bu partlayış xarici qüvvələrin sifarişi ilə yerinə yetirilmiş ola bilər. PKK terror təşkilatı xarici dairələrin öz çirkin missiyalarını həyata keçirmək üçün əlində bir alətə çevrilib. Partlayışın arxasında dayanan siyasi güclərin əsas ambisiyası rus-türk konfliktini daha da dərinləşdirməyə hesablanıb".

sia.az

Digər xəbərlər