PDF Oxu

Siyasət

  • 32

Müşviq Ələsgərli: “Dünyada ictimai rəyi istədikləri kimi yönləndirirlər” AÇIQLAMA

Müşviq Ələsgərli: “Dünyada ictimai rəyi istədikləri kimi yönləndirirlər” AÇIQLAMA

"Azərbaycanda media qanunvericiliyi kifayət qədər demokratik olduğundan, kütləvi informasiya vasitəsi təsis etmək üçün heç bir maneə yoxdur. Elektron media (TV və radiolar) üçün lisenziya, efir tezliyi əldə etmək kimi adi prosedurlar varsa da, çap və onlayn medianın fəaliyyətə başlaması üçün heç bir inzibati prosedur yoxdur". Bunu SİA-ya Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli deyib.Onun sözlərinə görə, çap media qurumları sadəcə, fəaliyyətə başladıqları barədə Ədliyyə Nazirliyinə xəbərdarlıq göndərirlər, bu xəbərdarlıq qeydə alınır və belə simvolik prosedurla proses tamamlanır: "Onlayn mediada isə hətta belə simvolik prosedur da yoxdur. Bu, çap və onlayn media qurumlarının sayının sürətlə artmasına səbəb olub, son statistikaya görə, 5100-ə qədər yüksəlib. Əslində bu, normal haldır, KİV-lərin sayının çox olması rəqabət mühiti yaradır, alternativ fikir mənbələrinin inkişafına təkan verir. Kimlər ki, rəqabətə davam gətirmir, keyfiyyətli məhsul istehsal edə bilmir, peşəkar fəaliyyət göstərə bilmir və nəticədə auditoriya qazana bilmirsə, sıradan çıxıb gedir. Bu, bazar və keyfiyyətli məhsul rəqabətidir ki, beynəlxalq praktikada da media üçün belə mühitin yaradılması yüksək göstərici kimi qəbul edilir. KİV, beynəlxalq nəzəriyyədə kommersiya qurumudur və bu kommersiya obyektlərinin fəaliyyəti üçün Azərbaycanda yaradılan münbit şərait onların sayının sürətlə artmasını şərtləndirir. Bu təbii inkişafa hər hansı bir kənar müdaxilə, inkişafın qarşısına sədd çəkə bilər. Onların öz güclərini birləşdirməsi, təmərküzləşməsi, daxili işləridir, təsisçilərinin qərarlarından, maliyyə şərtlərindən asılıdır". M.Ələsgərli əlavə edib ki, amma ötən dövrün təcrübəsi göstərir ki, "beynəlxalq standart" adlandırdığımız prinsiplər heç də hər kəs tərəfindən qorunmur, bəzən bu prinsipi formalaşdıranlar özləri onları pozurlar: "İndi onlar özlərinin tərtib etdikləri nəzəri konsepsiyaların ziddinə gedərək, KİV-lərə təkcə bazar münasibətləri ilə tənzimlənən kommersiya qurumu kimi baxmırlar, media onların milli maraqlarının təmin edilməsində bir vasitə kimi istifadə edilir. Qeyri- rəsmi dəstəklə iri media korporasiyaları formalaşdırırlır və bu qurumlar vasitəsilə dünyada ictimai rəyi istədikləri kimi yönləndirirlər. Fikrimcə, Azərbaycanda da geniş imkanlı, dünya aranesıana çıxa və o müstəvidə rəqabət apara bilən KİV-lərin formalaşdırılmasının zamanı çatıb. Əlbəttə, sevindirici haldır ki, ölkəmizdə belə KİV qurumlarının formalaşdırılması təşəbbüsləri artıq başlayıb, səsimizi dünyaya çatdıra biləcək KİV-lər formalaşmaq üzrədir. Amma bu prosesi sürətləndirib tamamlamaq, onların rəqabətlilik imkanlarını artırmaq, dayanıqlı olmalarını təmin etmək vaxtı çatıb. Bu işi təşkil etmək üçün həm peşəkar jurnalistlərimiz, həm media menecmentlərimiz, həm də qlobal düşünməyi bacaran şəxslərimiz var".

sia.az

Digər xəbərlər