"Avropa İnsan Hüquqları Məhkəməsi"nin erməni girovluğunda olan kəlbəcərli Şahbaz Quliyev və Diqəm Əsgərovun müraciətinə baxmaqdan imtina etməsi qərəzlidir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.O qeyd edib ki, Azərbaycan Avropa Şurasının üzvüdür və kəlbəcərli girovların Avropa Məhkəməsinə müraciət etmək hüquqları var: "Avropa Məhkəməsi müraciətə baxmaqdan imtina etməklə qeyri-obyektivliyini bir daha göstərir. Burada qərəzli yanaşma var. Bu yanaşma münaqişənin həllində özünü göstərdiyi kimi, bu məsələdə də büruzə verir. Avropa Məhkəməsi haqsızlıq edir".
sia.az