"Hər hansı təşkilatlanma, o cümlədən siyasi təşkilatlanma kimi xarakterizə etdiyimiz partiyalar ilk növbədə öz daxili mikrostrukturunda qarşılıqlı etimada əsaslanmalıdır. Əgər bu yoxdursa o zaman hansısa normal fəaliyyətdən danışmaq olmaz". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, uzun illərdir müsavatçılıq ideologiyasını istismar edən və onu öz lehinə manipulyasiya edən bir qrup şəxs heç vaxt biri-birilərinə etimad göstərməyib: "Ona görə də yarandıqları gündən daxili intriqalar parçalanmanı şərtləndirib. Bu gün baş verənlər isə sonun başlanğıcıdır yaxud bu vaxtadək baş verənlərin məntiqi sonluğudur. İsa Qəmbər də, Arif Hacılı da siyasi palitramızın çox sönük rəngləri olub və siyasətçi kimi çoxdan tükəniblər. Ona görə də bu marginal qruplaşmaların arasında baş verənlər heç bir ictimai maraq kəsb etmir. Siyasət siyasi sistemin gələcəyini dizayn edən vasitədir, keçmişin siyasi romantizmini yaşatmaq üçün deyil".
sia.az