"Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşününü əvvəlki görüşlərdən heç də prinsipial fərqi olmadı". BunuSİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, belə görüşlərin əsas mahiyyəti indi münasibətlər sisteminə və yaxud o mövcud formata qulluq etmək və onun davamlılığını artırmaqdır: "Əvvəlki bəyanatlara nisbətən burada qlobal terrorizmə, regionda baş verən proseslərə qarşı sərt ifadələr işlənildi. Amma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin, Gürcüstanın da mövqeyi bəllidir. Eləcə də Türkiyənin Gürcüstanın ərazi bütövlüyünə dəstəyi açıq-aydın ortadadır.Bununla belə Gürcüstan xarici işlər naziri Mixail Canelidze mətbuat konfransında bildirdi ki, Dağlıq Qarabağ, ümumiyyətlə regiondakı münaqişə ancaq sülh yolu ilə öz həllini tapmalıdır. Əsas odur ki, nəqliyyat layihələrində üç ölkənin münasibətləri yaxşı vəziyyətdədir. Təbii ki, bundan sonra da bu belə davam edəcək. Hər üç dövlətin XİN rəhbəri Bakı-Tiflis-Qars layihəsinə baxış keçirdilər. Bildiyiniz kimi Türkiyədə müəyyən şirkətlərin günahı ucbatından Bakı-Tbilisi-Qars layihəsinin tikintisində müəyyən gecikmələr var idi".
sia.az