PDF Oxu

Siyasət

  • 44

Tamerlan Vahabov: “Donaldın prezident olmaq şansı bir qədər çətin olacaq” AÇIQLAMA

Tamerlan Vahabov: “Donaldın prezident olmaq şansı bir qədər çətin olacaq” AÇIQLAMA

"İnanmıram ki, ABŞ prezidentliyinə respublikaçıların namizədi Donald Trampın xristian olmaması onun prezident seçilməsinə hansısa təsirini göstərə bilər". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov Roma Papası Fransisk və ABŞ prezidentliyinə respublikaçıların namizədi Donald Tramp arasında polemikaya münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Donald Tramp haqqında söylənilənlər sadəcə olaraq ayrı-ayrı şəxslərin fikirləridir: "Bu mənada söylənilənlərin heç bir təsiri ola bilməz. Hazırkı mərhələdə onun respublikaçılar arasında liderliyi qazanmaq şansı böyükdür. Amma sonrakı mərhələdə demokratlar arasında onun ilkliyi əldə etmək şansı bir qədər çətin olacaq".Qeyd edək ki, məşhur amerikalı milyarder Donald Trump 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə namizədliyini verəcək. Milyarder bu barədə Respublikaçılar Partiyasının Cənubi Karolina ştatında keçirilən yığıncağında açıqlama verib. Donald Trump seçkilərin öhdəsindən gələcəyini bildirib.

sia.az

Digər xəbərlər