Neft hasilatının dondurulması məsələsində İran rəsmiləri özlərini diplomatik aparırlar. Onlar bir tərəfdən deyirlər ki, Tehran hasilatın dondurulması və qiymətlərin dünya bazarlarında artırılmasında maraqlıdır və buna dəstək verir, digər tərəfdən özlərinin hansı şəkildə dəstək göstərəcəklərini açıqlamırlar". Bu fikirləri SİA-ya açıqlamasında "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.O qeyd edib ki, İran sözügedən məsələdə konkret plan ortaya qoymur: "Bu isə ondan irəli gəlir ki, İran fevralın 15-dən Avropa bazarına gündəlik 300 min barel neft ixracına başlayıb və heç bir vəchlə bu həcmləri azaltmaqda maraqlı deyil".İ. Şaban bildirib ki, Tehran gözləmə mövqeyindədir: "Bir tərəfdən bəzi bazar iştirakçıları kimi, İranın da bu "dondurma" məsələsinə şübhəsi var. Çünki Rusiyanın enerji naziri Aleksandr Novak açıqlama verib ki, əgər bütün iri hasilatçı ölkələr bu əməliyyata qoşulmasalar, onda bunun əhəmiyyəti olmayacaq. Bundan başqa, Tehran bazarda həm ciddi rəqabət aparır, həm də özünün itirilmiş mövqelərini bərpa etmək üzərində düşünür. Ona görə də İran çox ehtiyatlı davranır".
sia.az