"Çoxumuz müşahidə edirik ki, devalvasiyadan sonra vətəndaşların banklara kreditlərin qaytarılması ilə əlaqədar çətinliklər yaranmışdı. Belə şəraitda bankın vətəndaşlara real imtiyazlar etmələri zəruridir. Bu imtiyazlar həqiqi olmalı (bankların uzun müddət tətbiq etdikləri gizli faizlər, böyük cərimələr praktikasından kənar olmalıdır). Lakin müşahidə etdiyimiz o olur ki, son zamanlar əhalinin banklara borclu olduğları üçün sonuncular tərəfindən etik qaydalara uyğun gəlməyən danışıqlar, təhdidlər, banklar tərəfindən təhqirlər belə səsləndirilir". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.Onun sözlərinə görə, Azərbaycan hüquqi dövlət olduğu üçün bank-vətəndaş məsələlərin həlli qanun çərçivəsində, məhkəmədə tənzimlənməlidir: "Vətəndaşı qoruyan bu müstəvi onun hüqüqlarını təmin edir. Bank vətəndaşı məhkəməyə verir və əslində hər şey helə burada başlayır. Bankın arqumentlərinə qarşı vətəndaş daha güclü arqumentlər gətirə bilər:
Vətəndaşın:
1. Başqa rayon məhkəməsində işə baxılmasını tələb hüququ var,
2. Hakimə etiraz hüququ var,
3. Məhkəmə katibinə etiraz hüququ var,
4. Faizlərin hesablanması üçün ekspertiza tələb etmək hüququ var,
5.Müqavilədə imzanızın ekspertiza olunması hüququ var,
6. Cərimələrin silinməsi hüququ var,
7. Avto kreditlərdə tələbin avtomobilə yönəldilməsi hüququ var,
6. Apellyasiya məhkəməsinə şikayət hüququ var,
7. Ali məhkəməyə şikayət hüququ var,
8. Konstitusiya məhkəməsinə şikayət hüququ var,
9. Müqavilənin etibarsız hesab edilməsi hüququ var.
Daha sonra icra mərhələsi başlayır.
Böhranda vətəndaşı qorumağın üsullarından biri də vətəndaşa özünü müflis bankrot elan etmak haqqının verilməsidir. Bu halda vətəndaş öhdəliklərindən azad olub yenidən öz həyatını qurmağa çalışacaq yeni bir səhifə aça biləcək. Bu olmasa bank kreditləri üzrə məhkəmə qərarı vətəndaşı bundan sonra hələ 5-10 il təzyiq altında gərginlikdə saxlayacaq onu çətin vəziyyətə salacaq. Yeni iş yeri tapsa belə yaxasını qurtara bilməyəcək və arzuolunmayan addımlar ata biləcək.Bu müstəvidə aşağıdakı təklifi də səsləndirmək olar ki, fiziki şəxslərin müflis elan edilməsi haqqında Qanun qəbul edilsin. Beynəlxalq praktikada bu qanun artıq mövcuddur. Belə bir qanun Rusiyada 2015 oktyabrın 1-dən qüvvəyə minib".
sia.az