PDF Oxu

Siyasət

  • 52

Elman Məmmədov: “Cinayətkarı müdafiə edən cinayətkarla şərik hesab olunur” AÇIQLAMA

Elman Məmmədov: “Cinayətkarı müdafiə edən cinayətkarla şərik hesab olunur” AÇIQLAMA

Ermənistan dövləti BMT-na etinasız yanaşmaq gücündə və hüququnda deyil". Bunu SİA-ya millət vəkili Elman Məmmədov işğalçı ölkənin BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələrinə məhəl qoymamasına münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, sadəcə olaraq qətnamələri qəbul edən qurum özü-öz qətnamələrinə, sənədələrə hörmətsiz yanaşır: "Əgər biz fikirləşsək ki, BMT qəbul etdiyi sənədləri hər hansı bir cırtdan, terrorçu dövlətə icra etdirə bilmir, o zaman səhv etmiş olarıq. Sadəcə BMT-da söz sahibi olan, hökm verən, qərar qəbul etdirmək gücündə olan bir neçə dövlət bu qətnamələrin icra olunmasında maraqlı deyillər və sənədin icra olunmasına maneəçilik törədirlər. Mən xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərini nəzərdə tuturam. Əsas məsələ bundan ibarətdir. Yoxsa, Ermənistan BMT qarşısında kimdir, hansı gücə, hüquqa malikdir ki, onun qərarlarına, qətnamələrinə etinasız, hörmətsiz və laqeyd yanaşsın. Bu da bir növ BMT-nin işğalçını, təcavüzkarı dəstəkləməsidir. Cinayətkarı müdafiə edən, elə cinayətkarla şərik hesab olunur".

sia.az

Digər xəbərlər