PDF Oxu

Siyasət

  • 26

İsa Qəmbərlə Əli Kərimli bir araya gələ biləcəkmi?

İsa Qəmbərlə Əli Kərimli bir araya gələ biləcəkmi?

Tural Abbaslı: "Cəmiyyətə hansısa "liderlərin" birləşməsi və ya dalaşması maraqlı deyil"

"Ümumiyyətlə müxalifət daxilində gedən proseslərin şəxslər ətrafında qurulması və aparılmasının əleyhinəyəm. Cəmiyyət üçün artıq hansısa "liderlərin" birləşməsi və ya dalaşması maraqlı deyil". Bu fikirləri SİA-ya Müsavat partiyasının keçmiş divan üzvü, "Ağ blok"un təsisçisi Tural Abbaslı müxalifətdə bəzi tərəflərin İsa Qəmbərlə Əli Kərmlini bir araya gətirməyə cəhd etmələrinə münasibət bildirərkən deyib.Tural Abbaslı bildirib ki, hadisələrin gedişində müxalifət liderlərin özləri meydana çıxacaq: "Kimlərisə zorla prossesə rəhbər təyin etmək əvvəlcədən məğlubiyyət deməkdir. Odur ki, kim kimi bir araya gətirməyə çalışırsa buyursun. Amma bundan bir fayda olmayacağı öncədən bəllidir. Yaxşı olar ki, bu insanlar daha faydalı işlərlə məşğul olsunlar. Yəni müxalifət olaraq real mübarizənin təşkili üçün lazım olan fəaliyyəti nəzərdə tuturam. Burada əsas amil ümummüxalifəti bir araya gətirmək deyil də xalqın etimadını qazanaraq, onları siyasi prosseslərə cəlb etməkdir. Xalqla işləmək lazımdır, şəxslər və adlarla deyil".

sia.az

Digər xəbərlər