"447 milyona mənzil kommunal təsərrüfatının saxlanılmasına nə var? Mənzillər özəlləşib, su, qaz, işıq və s. müstəqildir. Problem olanda başqa sahəyə yönəlir". SİA-nın məlumatına görə, bu fikirləri deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.O qeyd edib ki, bu qədər vəsaitlə mənzil kommunal təsərrüfatrının saxlanılmasına ehtiyac yoxdur. Bildirib ki, neft amili unudulmalıdır: "Ənənəvi sənaye müəssisələrinin bərpasına ehtiyac var. Bu sahənin inkişafı üçün yetəri qədər xammal var. Kimya sənayesinə yeni baxış lazımdır. Bundan başqa kənd təsərrüfatının bütün sahələrini inkişaf etdirmək üçün onlara güzəştlər edilməlidir".
sia.az