PDF Oxu

Siyasət

  • 31

Siyavuş Novruzov: "Milli Məclisə belə yanaşmaq olmaz" TƏNQİD

Siyavuş Novruzov: "Milli Məclisə belə yanaşmaq olmaz" TƏNQİD

Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov iqtisadi bloka daxil olan nazirlərin büdcə müzakirələrində iştirak etməməsini kəskin tənqid edib. SİA-nın məlumatına görə, millət vəkili qeyd edib ki, xalq Milli Məclisdə dövlət büdcəsinin müzakirəsini gözləyir, ancaq müzakirələrdə iqtisadi bloku təmsil edən nazirlərdən heç kim iştirak etmir: "Dövlət büdcəsi təkcə maliyyə naziri Samir Şərifovun və ya Mərkəzi Bankın sədri Elman Rüstəmovun deyil. Dövlət büdcəsinin müzakirəsində iqtisadi bloka aid olan nazirlərin heç biri iştirak etmir. Bəlkə onlara kiminsə sualı var? Haradadır onlar? Gələn iclasda hökumətin hesabatı veriləcək. Amma büdcə olmadan bu hesabat nəyə lazımdır? Çünki, büdcəyə görə hesabat verilir. Bu gün burada iqtisadi strukturlara daxil olan nazirlər və ya müavinləri iştirak etməlidir. Baş nazirin 6 müavini var. Bəs 6 müavin haradadır? Onlardan heç olmasa, biri iclasda iştirak edə bilərdi. Nazirlər Kabinetindən bir nəfər yoxdur ki, sualımı cavablandırsın. Hesab edirəm ki, bu, ölkə başçısının ortaya qoyduğu məqsədlərin həyata keçməsi üçün düzgün yanaşma tərzi deyil. Hər struktur rəhbəri deputatların suallarına şəxsən cavab verməlidir. Milli Məclisə belə yanaşmaq olmaz".Spiker Oqtay Əsədov deyib ki, bu iradlar onların diqqətinə çatdırılacaq: "Nazirlərin çoxu Prezident İlham Əliyevin İrana səfəri çərçivəsində dövlət başçısını müşaiyət edir. Nazirlər Kabineti ilə bağlı iradla isə razıyam".

sia.az

Digər xəbərlər