PDF Oxu

Siyasət

  • 37

Jalə Əliyeva :"Ajiotaj yaranmasına imkan verilməməlidir"

Jalə Əliyeva :"Ajiotaj yaranmasına imkan verilməməlidir"

"Dünyada uzun müddətdir hökm sürən iqtisadi böhrana baxmayaraq, ölkəmiz böyük layihələrə imza atıb. İlk Avropa Oyunları, TANAP layihəsinin davamı, Bakı-Tibilisi-Qars dəmir yolunun uğurla çəkilməsi, iqtisadiyyatın çoxsahəli inkişafı və s. buna parlaq misaldır". SİA-nın məlumatına görə, bu sözləri deputat Jalə Əliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.O qeyd edib ki, 10 ilə yaxındır iqtisadi böhran Azərbaycana təsir etməyib: "Dünya böhranının təsirlərini biz indi hiss etməyə başlamışıq. Qarşıda duran məsələ bu keçid mərhələsində əhalini qorumaqdır. Dövlət başçısının bu sahədə attdığı addımlar hər kəsi sevindirir. Dövlətin apardığı işlər öz müsbət təsirlərini göstərir".Deputat bildirib ki, Azərbaycan hökuməti problemlərin həlli istiqamətində səfərbər edilib: "Əhalinin sosial təminatının qorunub saxlanılması istiqamətində mühüm işlər həyata keçirilir. Ajiotaj yaranmasına imkan verilməməli, hadisələr cəmiyyətə düzgün və yerində izah edilməlidir. Azərbaycan heç də bəzi fəlakət carçılarının düşündüyü kimi fəlakətlə üzləşməyib. Ölkə yeni mərhələnin başlanğıcındadır. Azərbaycanın davamlı inkişafına yönəlmiş addımlar hər kəsin ürəyincədir. Bu işdə birlikdə olmalıyıq".

sia.az

Digər xəbərlər