PDF Oxu

Siyasət

  • 36

Azərbaycanın işğal altındakı əraziləri ilə bağlı yanlış xəritə BMT qurumunun saytından götürülüb

Azərbaycanın işğal altındakı əraziləri ilə bağlı yanlış xəritə BMT qurumunun saytından götürülüb

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyevin Azərbaycanın işğal altındakı ərazilərinin erməni dilində təqdim edilməsi ilə əlaqədar İspaniya hökumətinin maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı (İP) tərəfindən yaradılmış Dayanıqlı İnkişaf Məqsədləri Fondunun sədri Paloma Duran və BMTİP-nin rəhbəri xanım Helen Klarka ünvanladığı etiraz bəyanatından sonra təşkilatın saytındakı xəritə dərhal götürülüb.BAMF-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dayanıqlı İnkişaf Məqsədləri Fondunun rəsmi internet səhifəsində (http://www.sdgfund.org/current-programmes) yerləşdirilmiş xəritədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal altındakı digər yeddi rayonunun adları erməni dilində təqdim edilmişdi.BAMF-ın etiraz bəyanatında bildirilib ki, Dağlıq Qarabağın rayonlarının, müxtəlif kənd və qəsəbələrin, digər tarixi toponimlərin işğal səbəbindən adlarının dəyişdirilərək erməni dilində təqdim edilməsi ədalətsizlikdir. Bunu əsas gətirən BAMF BMT-nin qurumunun yaydığı rəqəmsal xəritədə yol verilən yanlışlığın aradan qaldırılmasını tələb edib.

AZƏRTAC

Digər xəbərlər