"Azərbaycan Respublikası Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və bu mövqe bir daha Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşündə qəbul edilmiş Tbilisi bəyannaməsində öz əksini tapıb". SİA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Kütləvi İnformasiya Vasitələrinin (KİV) tanınmamış Abxaziyanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ" ilə vizasız rejimə keçməsi barədə məsələyə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qondarma rejim mövcuddur: "Ölkəmizin ərazisində viza rəsmiləşdirilməsi qaydaları AR-nın Miqrasiya məcəlləsi ilə tənzimlənir. Bundan kənar hər hansı öz fəaliyyət qanundan kənardır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin saytında səyahət xəbərdarlığı vardır. XİN Azərbaycan Respublikası vətəndaşlarını Gürcüstan Respublikası mərkəzi hökumətinin nəzarətində olmayan ərazilərə sözügedən ölkənin müvafiq qurumlarının icazəsi olmadan səfər etməməyə çağırır".
sia.az