PDF Oxu

Siyasət

  • 38

Hüquqşünas: “Özəlləşdirmə ilə əlaqədar öhdəliklərə dövlət təminatı olmalıdır” AÇIQLAMA

Hüquqşünas: “Özəlləşdirmə ilə əlaqədar öhdəliklərə dövlət təminatı olmalıdır” AÇIQLAMA

"Xeyli sayda müəssisələr var ki, onların özəlləşdirilməsi labüddür". Bu fikirləri SİA-ya hüquqşünas Xəyal Məmmədxanlı özəlləşdirmə işinin aparılması barədə danışarkən deyib.Hüquqşünas bildirib ki, bu, əslində illərdir gözlənilən məsələdir: "Çoxlu sayda özəlləşdirilməsi vacib müəssisələr var ki, onların dövlət büdcəsi hesabına saxlanılması lüzumsuz xərcdir. Eyni zamanda onların özəlləşdirilməsi fəaliyyətlərini daha da şəffaflaşdırmaq və canlandırmaq üçün yeganə yoldur. Xarici şirkətlərin bu özəlləşdirilməyə cəld edilməsi məqsədəuyğundur. Lakin, onların bu sahədə öz ölkələrində aparıcı və peşəkar şirkətlərdən biri olması əsas şərt olmalıdır.Onun sözlərinə görə, özəlləşdirmə işi şəffaf hərrac formasında keçirilməlidir: "Yəni müəssisələr açıq şəkildə satışa çıxarılmalıdır. Və təbii ki, ən yaxşı təklifi verən və ən yaxşı strategiyası olan şirkət özəlləşdirmə hüququnu əldə etməlidir. Eyni zamanda özəlləşdirmə ilə əlaqədar öhdəliklərə də dövlət təminatı olmalıdır.Əvvəllər tətbiq edilmiş özəlləşdirmə çekləri kimi gülünc praktika istifadə edilməməlidir. Özəlləşdirildikdən sonra da hökumətlə yeni şirkət arasında saziş imzalanmalı, tərəflərin hüquq və öhdəlikləri, münasibətləri açıq aydın şəkildə sazişdə öz əksini tapmalıdır. Problem yaşanmasın deyə xarici investorların gələcəyindən arxayın olunmalıdır.

sia.az

Digər xəbərlər