PDF Oxu

Siyasət

  • 35

"Prezidentin İrana səfəri Cənub-Şərq dəhlizinin açılmasına mühüm töhfədir" AÇIQLAMA

"Prezidentin İrana səfəri Cənub-Şərq dəhlizinin açılmasına mühüm töhfədir" AÇIQLAMA

"İran bizim üçün son dərəcə ciddi əhəmiyyətə malik bir ölkədir və bu əhəmiyyət sadəcə qonşu olmağımız yaxud da eyni coğrafi məkanda yerləşməyimizlə bağlı deyil". Bunu SİA-ya açıqlamasında "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, fəlsəfə doktoru Vüqar Zifəroğlu deyib.Onun sözlərinə görə, İran tarixi-etnik nöqteyi nəzərdən bizim üçün hər zaman ciddi əhəmiyyət daşıyıb və qarşı tərəf də bizə eyni şəkildə yanaşıb: "Bu, eləcə də Yaxın Şərqdə baş verən ciddi proseslər, ümumi iqtisadi problemlər fonunda ölkə prezidentinin İrana etdiyi rəsmi səfər, orada əldə edilən razılaşmalar son dərəcə önəmlidir. Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən 11 mühüm sazişin imzalanması bunun ən bariz nümunəsidir. Əslində bu səfər, sanksiyalardan qurtulmuş və iqtisadi əməkdaşlığa tam açıq olan İranla mühüm əlaqələrin qurulması istiqamətində atılan önəmli addımdır. Bu, əsasən Cənub-Şərq dəhlizinin açılması və eləcə də Xəzər dənizi ilə bağlı gələcək razılaşmalarla bağlı özünü göstərə bilər".

siaşaz

Digər xəbərlər