"Qondarma rejimlərdən olan Abxaziyanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə vizasız rejim haqqında qanun qəbul etməyə hazırlaşması tamamilə beynəlxalq hüquq normalarına ziddir. Ümumiyyətlə, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və bura yalnız dövlətimizlə razılaşdırılmış şəkildə səfər etmək olar". BunuSİA-ya açıqlmasında politoloq Qabil Hüseynli deyib.O qeyd edib ki, sözügedən qondarma "respublikalar" Rusiyanın nəzarəti altındadır və onun verdiyi kreditlər əsasında hərəkət edir: "Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ilə dövlətimizlə razılaşdırılmamış hər hansı münasibət tamamilə qeyri-qanunidir. Qondarma respublikalar dövlət kimi tanınmır. Onlar belə sistemlər tətbiq edə bilməzlər. Bunlar hamısı beynəlxalq hüququn pozulmasıdır. Azərbaycan bununla bağlı BMT və digər beynəlxalq təşkilatlara şikayət edə bilər".Qeyd edək ki, Rusiyanın TASS informasiya agentliyində yayılan məlumata görə, Abxaziya Dağlıq Qarabağla vizasız rejim haqqında qanun qəbul etməyə hazırlaşır.
sia.az