Ukrayna Azərbaycanlı Gənclər Birliyi Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı videoçarx hazırlayıb. Videoçarxda Xocalıda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən uşaqların dilindən sözlər deyilib, qətliamın dəhşətləri fərqli formada təqdim edilib.Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyevanın sözlərinə görə, videoçarxın hazırlanmasında məqsəd dünya ictimaiyyətini Xocalıda baş verən soyqırımı aktı ilə bağlı məlumatlandırmaqdır.
AZƏRTAC