PDF Oxu

Siyasət

  • 40

Adil Əliyev: "Xocalı unudulmayacaq tarixdir"

Adil Əliyev: "Xocalı unudulmayacaq tarixdir"

"Dünya tarixinə ən dəhşətli faciə kimi düşən Xocalı soyqırımından artıq 24 il keçir. Çox təəssüf ki, soyqırımından illər keçsə də, beynəlxalq qurumlar hələ də susmaqda davam edir, Xocalıya hüquqi qiymət vermir". Bu fikirləriSİA-ya açıqlamasında Milli Məclisin deputatı Adil Əliyev deyib.Onun sözlərinə görə, soyqırımından 100 illər keçsə belə, xalqımızın yaddaşından heç zaman silinməyəcək, gələcək nəsillər tərəfindən yad ediləcək: "Xocalı unudulmayacaq tarixdir. Bu soyqırımı aktı bir daha təcavüzkar Ermənistanın hansı əməllərə malik olduğunun təsdiqidir. Dinc əhaliyə olmazın işgəncələr verərək qətlə yetirmək hansı insanlığa sığır ki? Bunu görən, lakin ermənilərin əməllərinə susanlardan hələ də Ermənistanı silkələyən qərarlar görmürük. Məhz elə bunun nəticəsidir ki, bu günə qədər Qarabağ torpaqları düşmən tapdağı altındadır. Düzdür, dövlətimiz tərəfindən aparılan sistemli təbliğat mexanizminin nəticəsi olaraq, bəzi ölkələr tərəfindən Xocalı soyqırımına hüquqi qiymət verilib amma bu da azdır Xocalı üçün... Biz dünya birliyindən daha təsirli qərarların qəbul edilməsini gözləyirik".

Adil Əliyev Xocalı soyqırımında həlak olmuş şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına, əzizlərinə isə səbr diləyib.

sia.az

Digər xəbərlər