PDF Oxu

Siyasət

  • 53

Təhmasib Novruzov: “İslam dünyasının sözdə deyil, əməldə birliyinə ehtiyac var” AÇIQLAMA

Təhmasib Novruzov: “İslam dünyasının sözdə deyil, əməldə birliyinə ehtiyac var” AÇIQLAMA

"Dünyada mövcud olan ikili standartlardan çox danışılıb. Ancaq ermənilərlə bağlı ikili standart yoxdur. Sadəcə, nəyin bahasına olusa-olsun ermənilərin bu regionda möhkəmlənməsinə dəstək standartı var". Bu fikirləri SİA-ya açıqlamasında Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov deyib.Onun sözlərinə görə, bu siyasətin yüz illərlə tarixi var: "Xristian dünyasının bu təəssübkeşliyi o həddə çatıb ki, özlərinin qəbul etdikləri beynəlxalq hüquqi aktlara da məhəl qoymayaraq, onu kobudluqla tapdamaq bu ölkələr üçün adi hala çevrilib və gözləri önündə baş verən vəhşilikləri də görməzlikdən gəlirlər. Təəssüf ki, hələ də Azərbaycanın dünyaya örnək olan tolerantlığı da bu qüvvələrə təsir edə bilmir. Amma düşünürəm ki, gec-tez bu siyasətin iyrənc düyünlərini sındırmaq mümkün olacaq və haqq öz yerini tutacaq. Sadəcə bunun üçün islam dünyasının sözdə deyil, əməldə birliyinə ehtiyac var".

sia.az

Digər xəbərlər