PDF Oxu

Siyasət

  • 46

“Xocalı soyqırımı Ermənistan hakimiyyətinin aqressiv siyasətinin nəticəsi idi” AÇIQLAMA

“Xocalı soyqırımı Ermənistan hakimiyyətinin aqressiv siyasətinin nəticəsi idi” AÇIQLAMA

"Xocalı soyqırımı təkcə xalqımıza qarşı deyil, ümümilikdə bəşəriyyətə qarşı törədilən ən ağır cinayətdir". Bu fikirləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri, YAP GB fəalı Cəbrail Fərzəliyev deyib.O bildirib ki, XX əsrin faciəsi olan bu soyqırım Ermənistan hakimiyyətinin aqressiv və destruktiv siyasətinin nəticəsi idi: "Xocalı faciəsi bütün Azərbaycan xalqının dərdi, törədilmiş cinayət isə bütün bəşəriyyətə, insanlığa qarşı yönəlmiş ən böyük cinayətdir. Artıq dünya ictimaiyyəti qəbul edir ki, Xocalı faciəsi təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsidir. Təəssüflər olsun ki, Ermənistanın cinayətkar rejimi bugün də öz çirkin niyyətlərindən əl çəkməyərək Azərbaycan xalqına qarşı öz məkrli siyasətlərini həyata keçirmək arzusundadırlar. Amma Azərbaycanın güclü siyasi elitası, güclü siyasi iradəyə, əzmkarlığa malik olan liderinin olması onların məkrli, çirkin niyyətlərin həyata keçməməsi, uğursuzluqla nəticələnməsi üçün var gücü ilə çalışır"."Ümummilli lider Heydər Əliyev Xocalı faciəsini lokal müstəvidən çıxararaq ümumbəşəri bir faciə olduğunu dünya ictimaiyyətinə sübut etdi. Bugün artıq dünya ictimaiyyəti Xocalı soyqırımını tanımaqdadır. Ermənistan lobbisinin sıx və əsas fəaliyyət nöqtəsi olan ABŞ-ın artıq 20 ştatı rəsmi olaraq Xocalı soyırımını tanıyır. Təbii ki, bu bizim üçün sevindirici haldır və bunu Azərbaycanın diplomatik uğuru hesab etmək lazımdır. Baxmayaraq ki, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan BMT Təhlükəsizlik Şurasında Ermənistanla bağlı dörd qətnamə qəbul olunub amma hələdə nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətinə tam hüquqi qiymət verə bilməyiblər. Amma bütün bunlara baxmayaraq, güclü siyasi hakimiyyət, dönməz siyasi iradəmiz və hər şeydən öncə hərbi gücümüz bizə imkan verir ki, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edək. Biz buna inanırıq və bu inam bizim məqsədlərimizin reallaşması üçün əsas silahımızıdır".

sia.az

Digər xəbərlər