"Problem odur ki, Suriyada baş verənləri yalnız daxili qarşıdurma kimi səciyyələndirmək mümkün deyil və proseslər çoxdan lokal xarakter daşımaqdan çıxıb". Bunu SİA-ya açıqlamasında "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, fəlsəfə doktoru Vüqar Zifəroğlu deyib.O qeyd edib ki, Suriyada baş verənlər, dünya müharibəsinin kiçik, yığcam xarakterli bir modelini xatırladır: "İstər region ölkələri, məsələn Türkiyə, İran, İsrail, Səudiyə Ərərbistanı və Qatar, istərsə də bölgədə mövqelərini qorumağa çalışan güclər - Birləşmiş Ştatlar, Rusiya, Avropa ölkələri hadisələrə öz hədəfləri və maraqları çərçivəsində baxırlar. Suriya probleminin bu gün açılmasının müşkül olan bir düyünə çevrilməsinə təkan verən ən başlıca səbəb, bu ölkələrin orada baş verənlərə öz maraqları çərçivəsindən baxmalarıdır. Sözügedən ölkələrdən hər birinin özünə məxsus "Suriya həqiqətləri" var və bu "həqiqətlər" hər ölkə üçün tamamən fərqli səciyyə və xüsusiyyətlərə malikdir".Vüqar Zifəroğlu bildirib ki, atəşkəs razılaşması olsa da, hazırkı proseslər onu deməyə əsas verir ki, Suriyada proseslər daha kəskin hal ala bilər.
sia.az