PDF Oxu

Siyasət

  • 36

“Rusiyanın Ermənistanı silahlandırması regiondakı sabitliyi təhlükə altında qoyur" AÇIQLAMA

“Rusiyanın Ermənistanı silahlandırması regiondakı sabitliyi təhlükə altında qoyur" AÇIQLAMA

"ABŞ və Rusiya arasında Suriyada atəşkəsin elan olunması o demək deyil ki, bu atəşkəs rus-türk konfliktinə də şamil olunur". Bu fikirləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Cəbrail Fərzəliyev deyib.O bildirib ki, məlum atəşkəs razılaşmasında İŞİD terror təşkilatına qarşı mübarizə məqsədyönlü hal kimi nəzərdə tutulsada, bu sənəddə kürd terror təşkilatına qarşı mübarizə ilə bağlı heç bir müddəa irəli sürülməyib: "Təbii ki, bu da Türkiyənin mövqeyinə ziddir. Türkiyədə baş verən son proseslər, silsilə terror hadisələri Türkiyə siyasi elitasını çox narahat edir. Suriyada əldə olunan atəşkəs razılaşmasında PYD-in qolu olan YPG-ə qarşı mübarizə ilə bağlı heç bir müddəanın əks olunmaması türk elitasını narahat etməyə bilməz. Digər tərəfdən isə əldə olunan bu razılığa əsasən Rusiya artıq Suriyadan Türkiyəyə qarşı mübarizə aparmaq üçün məkan kimi istifadə edə bilməz. Amma atəşkəs razılaşmasında kürd terrorçularına qarşı mübarizənin əks olunmaması Ruslara imkan verir ki, onlar Suriya ərazisindəki kürd separatçılarından Türkiyəyə qarşı istifadə etsinlər"."Hesab edirəm ki, son günlər Rusiyanın Ermənistanı silahlandırması, hətta Ermənistana silah almaq üçün 200 milyon dollar məbləğində kredit ayırması Rusiyanın Türkiyəyə qarşı mübarizə aparmaq üçün məhz Ermənistanı dayaq nöqtəsi kimi seçməsi ilə bağlıdır. Məlum olduğu kimi, Ermənistan Rusiyanın forpostudur və xarici siyasəti birbaşa Rusiyadan aslı olan bir dövlətdir. Onların heç bir ixtiyarı yoxdur ki, Rusiyanın məqsədyönlü siyasi gedişinə mane olsunlar. Rusiyanın Ermənistanı silahlandırması regiondakı təhlükəsizliyi və siyasi sabitliyi təhlükə altına qoyur".

sia.az

Digər xəbərlər