PDF Oxu

Siyasət

  • 29

Ümumdünya Turizm Təşkilatının baş katibi Bakıda beynəlxalq tədbirə qatılacaq

Ümumdünya Turizm Təşkilatının baş katibi Bakıda beynəlxalq tədbirə qatılacaq

Xəbər verdiyimiz kimi, Səyahət, turizm və qonaqpərvərlik sənayesinin "Davos Forumu" sayılan Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (WTFL Think Tank) növbəti toplantısı Bakıda keçiriləcək.Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, martın 5-də baş tutacaq toplantıda bir sıra ölkələrin turizm nazirləri, beynəlxalq təşkilatların rəhbərləri və turizm üzrə tanınmış ekspertlərin iştirakı ilə yanaşı, Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) baş katibi Taleb Rifainin iştirakı da nəzərdə tutulur.Martın 6-dək davam edəcək toplantıda növbəti on il ərzində turizm sahəsinə təsir edəcək qlobal tendensiyalar, turizm üçün insan resursları inkişafının mahiyyəti, yeni texnologiyaların biznes modellərinə və marketinqə təsiri və digər mövzularla bağlı müzakirələr aparılacaq.

AZƏRTAC

Digər xəbərlər