Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2015-ci il ərzində büdcə gəlirləri 7 721,1 milyon manat, büdcə xərcləri isə 9 187,7 milyon manat təşkil edib.Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ötən il ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 385,5 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 369,6 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri 11,6 milyon manat təşkil edib. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 335,6 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri 23 217,8 milyon manat təşkil edib.Hesabat dövrü ərzində fondun 2015-ci il büdcəsinin icrası çərçivəsində 8 130,0 milyon manat vəsait dövlət büdcəsinə transfert olunub. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 150,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90,0 milyon manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə ARDNF-dən 61,5 milyon manat vəsait ayrılıb. Həmçinin, 35,5 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. "Cənub Qaz Dəhlizi" layihəsi üzrə isə 692,8 milyon manat vəsait ayrılıb. Ötən il fondun idarə edilməsi ilə bağlı xərcləri 27,9 milyon manat təşkil edib.Bu il yanvarın 1-ə ARDNF-in aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən 9,5 faiz azalaraq 33 574,1 milyon ABŞ dollarına bərabər olub.
AZƏRTAC