PDF Oxu

Siyasət

  • 36

Hüquqşünas: “Konstitusiya Məhkəməsinin qərarı bir çox suallara son qoydu" AÇIQLAMA

Hüquqşünas: “Konstitusiya Məhkəməsinin qərarı bir çox suallara son qoydu" AÇIQLAMA

"Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müəyyən kateqoriyalı vətəndaşların əmək hüquqlarının müdafiəsi ilə bağlı qəbul etdiyi müvafiq qərardadın icrası məcburidir. Belə bir qərar hər kəs tərəfindən yalnız rəğbətlə qarşılanır". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Səməd Vəkilov deyib.O qeyd edib ki, Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, qərarda nəzərdə tutulur ki, hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub, məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərə qarşı işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağan edilir: "Konstitusiya Məhkəməsinin qərarı məşğulluqla bağlı yaranan bir çox suallara son qoydu. Bununla dövlətimiz ailələrin sosial müdafiəsini daha da gücləndiridi. Sözügedən qərar ailələrin sosial təminatına müsbət təsir edəcək, uşaqların sağlam böyüməsi üçün daha çox imkanlar yaradacaq".Hüquqşünas bildirib ki, belə sosial yönümlü qərarlarla vətəndaşlar dövlət tərəfindən daha çox müdafiə olunduqlarını görür və dövlətə inamları daha da artır.

sia.az

Digər xəbərlər