PDF Oxu

Siyasət

  • 40

Azərbaycan, Rusiya və İran XİN rəhbərlərinin görüşüGÖZLƏNTİLƏR

Azərbaycan, Rusiya və İran XİN rəhbərlərinin görüşüGÖZLƏNTİLƏR

"Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşü planlaşdırılır və bu görüşdə əsas müzakirə mövzusu Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri zamanı əldə olunan razılıqlar və müqavilələrin həlli yolları ola bilər". Bu fikirləri SİA-ya politoloq Arzu Nağıyev deyib.Politoloq bildirib ki, İrana tətbiq olunan sanksiyalar aradan qaldırıldıqdan sonra Azərbaycanla əlaqələrin genişləndirilməsi hər iki dövlət üçün önəmlidir: "Əsas istiqamət "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılmasıdır. Bu isə Rusiyanın, İranın və Azərbaycanın yükdaşıma sistemində böyük önəm kəsb edir. Ermənilər hər cəhdlə buna mane olmağa çalışsalar da bu layihə reallaşır. Rusiyadan elektrik enerjisinin Azərbaycana və oradan da İrana ötürülməsi müzakirə edilən məsələlərdəndir. Bunun üçün xüsusi bir qrup da yaradılıb. İran qazının Azərbaycandan tranziti, qazın müvəqqəti saxlanması və təbii ki, neft sektoru ilə bağlı da bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur".Onun sözlərinə görə, bütün bunların siyasi tərəfləri də mühüm əhəmiyyət kəsb edir: "Azərbaycan balanslı siyasət aparırır lakin unutmaq olmaz ki, Rusiya və İran regional məsələlərdə söz sahibi olan dövlətlərdir. Belə regional meqa-layihələrdən Ermənistanın kənarda qalması da nəzərdən qaçmır və birmənalı şəkildə qarşılanmır. Yəni, Dağlıq Qarabağ münaqişəsinin həllində regional təhlüksizlik baxımından bu layihələrin önəmli rolu ola bilər. Bu baxımdan İran-Ermənistan və Rusiya-Ermənistan münasibətləri də unudulmamalıdır"."Prezident İlham Əliyev və İran prezidenti Həsən Ruhaninin görüşünün Xəzərin statusu məsələsinə də təsiri qaçılmazdır. İran tərəfi Xəzər dənizini sülh dənizi kimi görmək istəyir və bu da başa düşüləndir. Son hadisələr zamanı Rusiyanın Xəzərdə güc nümayişi İranı narahat etməyə bilməzdi. Bir sözlə bu anlaşmalar hər üç dövlətin Xəzərdəki maraqlarına təsir edə bilər. Hazırda "Cənub Qaz Dəhlizi " məsələsinin gündəmdə olması belə deməyə əsas verir".

sia.az

Digər xəbərlər