PDF Oxu

Siyasət

  • 37

Politoloq: "Xarici qüvvələrin istəklərinin həyata keçməsinə imkan verməməliyik" AÇIQLAMA

Politoloq: "Xarici qüvvələrin istəklərinin həyata keçməsinə imkan verməməliyik" AÇIQLAMA

"Rusiya KİV-lərində Ermənistan ordusunun guya Azərbaycana (Naxçıvana) hücum etməsi haqqında həqiqəti əks etdirməyən məlumatlar məqsədli şəkildə geniş yayıldı". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.O qeyd edib ki, belə xəbərlərlə guya regionda gərginlik olduğunu, sabitlik olmadığını göstərmək istəyirlər. Politoloq deyib ki, Azərbaycan mətbuatı da bu sahədə diqqətli olmalıdır: "Azərbaycan mətbuatına istinada gəlincə isə, ölkə mediası da belə xəbərlərə ehtiyatla yanaşmalıdır. Dəqiqləşdirilməmiş məlumatları yaymaq olmaz. Həqiqəti əks etdirməyən məlumatların yayımlanması KİV haqqında Qanunun pozulmasıdır".Politoloq bildirib ki, belə xəbərlərin yayılması xarici güclərin təsiri ilə ola bilər: "Hansısa xarici qüvvələrin istəklərinin həyata keçməsinə imkan verməməliyik. Bu məlumatlar Azərbaycan Müdafiə Nazirliyindən tam dəqiqləşdirilib, yoxlanıldıqdan sonra yayımlana bilər. Nazirlik isə bu xəbərlərin yalan olduğunu bildirib".Xarırladaq ki, bir sıra Rusiya KİV-ləri "Ermənistan Azərbaycanla müharibəyə başladı", "Ermənistan döyüşlər zamanı Azərbaycana soxuldu, qanlı döyüşlər gedir", "Ermənistan elan olunmamış müharibəyə başladı" başlıqlı məqalələr dərc edib. Həmin xəbərlər Azərbaycan mətbuatına istinad edilib.

sia.az

Digər xəbərlər