PDF Oxu

Siyasət

  • 36

Azərbaycan enerji sahəsində lider ölkədir

Azərbaycan enerji sahəsində lider ölkədir

Prezident İlham Əliyev: "Enerji amili heç zaman siyasi təşəbbüs və ya siyasi tələb vasitəsi olmalı deyil"

Son illərdə bir sıra mühüm tədbirlərə, o cümlədən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısına Bakının ev sahibliyi etməsi həm də dünya birliyinin Azərbaycana böyük etimaddır.

Keçirilən toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də çıxışı zamanı "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının keçirilməsinin əhəmiyyətindən danışaraq, bu toplantıda ötən illər ərzində görülən işlərə və qarşıda duran vəzifələrə baxılacağını bildirdi. Ötənilki toplantıdan sonra layihə üzvləri arasında əlaqələndirmə işlərinin yüksək səviyyədə, uğurla aparıldığını deyən dövlətimizin başçısı 2015-ci ildə TANAP kəmərinin təməlinin qoyulduğunu diqqətə çatdırdı və bildirdi ki, bu layihənin "Cənub Qaz Dəhlizi"nin reallaşmasında mühüm rol oynayır. Prezident İlham Əliyev qeyd etdi ki, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək. "Enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur", - deyən dövlətimizin başçısı Azərbaycanın bütün öhdəliklərinə sadiq olduğunu, ölkəmizin hər zaman bazar iqtisadiyyatı prinsiplərini daha da inkişaf etdirdiyini bildirdi, bir məqamı da vurğuladı ki, enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır.

Azərbaycanın enerji təhlükəsizliyi sistemi möhkəm bünövrə üzərində inkişaf edir

Azərbaycanda enerji təhlükəsizliyi sisteminin təməli 1970-ci illərin əvvəllərində Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmışdır. Ümummilli Lider Neydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bunun nəticəsində Azərbaycan enerji sahəsində yüksək nailiyyətlər əldə etməklə bu kursu müstəqil dövlət kimi öz maraqlarına uyğun şəkildə həyata keçirir. Praqmatik siyasət sayəsində Azərbaycan qonşu dövlətlərlə ikitərəfli münasibətlərini qorumaqla bərabər milli maraq və mənafeləri əsas tutaraq strateji-enerji təhlükəsizliyi sistemini daim gücləndirir. Respublikanın strateji enerji sisteminin möhkəmləndirilməsi və Avropa enerji təhlükəsizliyi sisteminə kömək göstərməsi, ARDNŞ-nin və "Azərenerji" ASC-nin həyata keçirdikləri böyük həcmli layihələr həm Azərbaycan xalqı, həm də digər ölkələr tərəfindən rəğbətlə qarşılanır. Bütün bunların nəticəsidir ki, həyata keçirilən uğurlu islahatlar ölkəmizin daha da qüdrətlənməsinə, regionların sürətli inkişafına, yaşayış məskənlərinin abadlaşmasına, insanların həyat şəraitinin gündən-günə yaxşılaşmasına səbəb olur. Genişmiqyaslı enerji layihələrinin nəticəsi olaraq respublikamızın demək olar ki, bütün şəhər və kəndləri, qəsəbələri elektrik enerjisi ilə təchizatda əsaslı yeniləşmə mərhələsinə qədəm qoyub. Bütün bu işlər ölkə başçısının nəzarəti altındadır. İndi Azərbaycan dünyada təkcə neft deyil, həm də qaz ixracatçısı kimi şöhrətini artırmaqdadır. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: "Bu gün Azərbaycan dünyada və Avropada daha çox qaz ölkəsi kimi tanınır. Bu da müasir reallıqdır. Qaz sahəsi heç vaxt Azərbaycanda ön planda deyildi. Amma bu gün qaza daha çox böyük tələbat vardır... Azərbaycanın qaz imkanları çox böyük səmərə ilə işə salınır".

"Cənub Qaz Dəhlizi" layihəsi XXI əsrin tarixi layihəsidir"

Dövlət başçısı sözügedən toplantıda da Azərbaycanın dünyada və Avropada daha çox qaz ölkəsi kimi tanındığını, Avropa İttifaqı ilə əlaqələrdə mühüm rol oynadığını bildirdi. Dövlət başçısı "Cənub Qaz Dəhlizi" layihəsinin icrası zamanı yubanmalara, maneələrə yol verilməməsinin vacibliyinə diqqət çəkən dövlətimizin başçısı bütün maneələri dəf etmək üçün hökumətlərin səylərini birləşdirməsinin zəruriliyini vurğulayıbdır. Prezident İlham Əliyev TANAP layihəsinin icrasının fəal mərhələdə olduğunu dedi, Trans-Adriatik layihəsinin də vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə edərək qeyd edibdir ki, "Cənub Qaz Dəhlizi" layihəsi XXI əsrin tarixi layihəsidir".

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərin yaxşı tarixi və potensialı olduğunu, xarici ticarətimizin yarısının Avropa İttifaqı ölkələrinin payına düşdüyünü bildiribdir. Azərbaycanın uzun illər özünü etibarlı tərəfdaş kimi göstərdiyini qeyd edən dövlətimizin başçısı belə tədbirlərin davamlı olacağına, bundan sonra da bütün məsələlərin öhdəsindən uğurla gəlinəcəyinə əminliyini ifadə edibdir.

"Cənub Qaz Dəhlizi" iri infrastruktur layihəsidir", - deyən dövlətimizin başçısı onu güclü əməkdaşlıq layihəsi kimi xarakterizə etdi: "Cənub" qaz dəhlizi Avropada ən iri infrastruktur və enerji layihələrindən biridir. Çoxmilyardlıq - 40 milyard dollardan artıq vəsait layihənin bütün dörd seqmentinə yatırılacaq. "Cənub" qaz dəhlizinin bütün dörd seqmentində çox yaxşı irəliləyişə nail olmuşuq. Bu, tərəfdaşlıq, əməkdaşlıq layihəsidir. Biz güclü tərəfdaşlıq qurmuşuq. Xanım Moqerininin qeyd etdiyi kimi, söhbət yalnız enerjidən getmir. Bu gün biz gələn bir neçə il üçün əsl tərəfdaşlıq yaratmışıq. Əməkdaşlığımız layihə başa çatdıqdan sonra bitməyəcək, davam edəcək. Əminəm ki, daha fəal əməkdaşlıq layihə başa çatdıqdan sonra reallaşacaq. Çünki hamımız bir-birimizlə bağlı və bir-birimizdən asılı olacağıq. "Cənub Qaz Dəhlizi" layihəsi bir çox illər ərzində hamımıza - hasilatçılara, tranzit ölkələrə və istehlakçılara fayda verəcək. Bu, enerji təhlükəsizliyi layihəsidir.

Göründüyü kimi, bütün sahələrdə olduğu kimi, enerji sahəsində Azərbaycan lider ölkədir və bu amil ölkəmizdə keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında da öz təsdiqini tapdı.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər