"Almaniya dövlətinin Azərbaycanla bağlı mövqeyi heç vaxt, hətta bu günün özündə də qənaətbəxş deyil. Amma BMT-nin əsas qurumları hər zaman Azərbaycanın mövqeyindən çıxış edib". BunuSİA-ya millət vəkili Elşən Musayev deyib.Onun sözlərinə görə, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş "Dağlıq Qarabağ ərazilərinin qeyri-şərtsiz azad olunması haqqında" BMT-nin 4 qətnaməsi var: "Təəssüf ki, bu qətnamələrin icrası hələ ki, öz həllini tapmayıb. Ümumiyyətlə hər bir qurumun güc, təsiretmə resursu olmalıdır. Əgər o resurs yoxdursa, həmin qətnamələrin sabah yüzü də qəbul olunsa, məsələnin mövqeyində heç bir dəyişiklik olmayacaq. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə gəldikdə isə biz arzu edirik ki, heç olmasa bu səfər Almaniya dövləti Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyində səmimi olsun. Amma təəssüf ki, Avropa Şurasının son plenar iclaslarında Almaniya tərəfinin haqlı mövqeyi ilə qarşılaşmadıq.Hətta bəzi parlamentarilər bir qədər mövzudan yayınaraq, öz konstekstlərindən çıxaraq tamamilə fərqli mücərrəd mövqelər ortaya qoydular. Arzumuz odur ki, Dağlıq Qarabağ məsələsində müsbət irəliləyişlər olsun, Azərbaycanın haqq səsi hər yerdə tanınsın və torpaqlarımız geri qayıtsın".
sia.az