PDF Oxu

Siyasət

  • 34

"İmzalanan sənədlər insanların yaxşı yaşamasına imkan yaradacaq" AÇIQLAMA

"İmzalanan sənədlər insanların yaxşı yaşamasına imkan yaradacaq" AÇIQLAMA

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan fərmanlar ölkə istiqadiyyatının inkişafının daha da yüksəldilməsinə, qeyri-neft sektorunun potensial imkanlarının reallaşmasına xidmət edir". SİA-nın xəbərinə görə, bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, Ölkə Başçısı "Əmanətlərin sığortalanması" haqqında qanunu imzalamaqla tarixi sənədə imza atmış oldu: "Çünki, Azərbaycan əmənətlərin tam sığortalanmasını həyata keçirən nadir ölkələrdən biridir. Ölkəmizdə həcmindən asılı olmayaraq əmanətlər sığortalanır. Sözügedən fərmandan sonra banklara inam artacaq, depozitə qoyulan pulların eləcə də əldə edilən gəlirlərin vergidən azad olunması insanların gələcəkdə daha da yaxşı yaşamasına imkan yaradacaq".Dövlət Başçısının qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərman Azərbaycanda həyata keçirilən qeyri-neft sektorunun inkişaf etidilməsi strategiyasının daha uğurla həyata keçirilməsini təmin edəcək: "Dünyanın bir çox ölkələrində ixracın stimullaşdırma katalizmlərindən istifadə olunur. Azərbaycan dövləti də müasir dövrdə qeyri-neft sektorunun istehsalını daha da gücləndirmək istiqamətində ixrac yönümlü malların artırılması üçün əlverişli şəraitin yaradılmasını məqbul hesab edir. Ölkə başçısının Fərmanda yer alan məsələlərdən biri idxal olunan mallarda xarici malların azalmasıdır. Biz xaricdən aza mal idxal etməli, eyni zamanda Azərbaycandan dünya bazarına çıxan məhsullar təşkil etməliyik".Komitə sədri Prezident İlham Əliyevin Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı imzaladığı sənədlə əlaqədar fikirlərini bildirib: "Ölkəmizdə gələcəkdə yaradılacaq texnoparklar, sənaye məhəllələri, müasir texnologiyaya əsalanan müəssisələrin qurulmasında vergi güzəştləri tətbiq ediləcək. Bu da istehsal olunan məhsulların maya dəyərinin aşağı salınmasına şərait yaradacaq. Qlobal dünya böhranı səviyyəsində yaranmış vəziyyət iqtisadi islahatları daha da dərinləşdirməyi tələb edir. Bununla bağlı Ölkə Başçısı tərəfindən lazımi addımlar atılır. Ötən gün imzalanan sənədlər bunu bir daha sübut etdi".

sia.az

Digər xəbərlər