PDF Oxu

Siyasət

  • 22

Azərbaycanın inkişafına töhfəsini vermiş Yeni Azərbaycan Partiyası

Azərbaycanın inkişafına töhfəsini vermiş Yeni Azərbaycan Partiyası

İlham Əliyev: "Azərbaycanda bizə rəqib olan qüvvə yoxdur"

YAP Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 700 minə yaxın üzvü olan partiyamız ötən 24 ildə çətin və şərəfli yol keçib. Müstəqilliyimizin ilk illərində tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası qısa zamanda iqtidar partiyasına çevrildi. Bu tarixi faktdır ki, ölkəmizdə Yeni Azərbaycan Partiyasının yaradılması mühüm ictimai-siyasi hadisə kimi tarixə düşdü. YAP-ın yaranma zərurəti həm də ağır vəziyyətdə yaşayan xalqın sosial sifarişi kimi şərəfli tariximizə yazıldı.

Xalqın maraqlarını təmin edən Yeni Azərbaycan Partiyası

Klassiklərin bir sözü var: inqilab o zaman baş verir ki, aşağıdakılar köhnə qaydalarla yaşamaq istəmir, yuxarıdakılar da idarə edə bilmirlər. Bu baxımdan, 1992-1993-cü illərdə hakimiyyət vəziyyətdən neçə çıxmağın yolarını bilmirdi. Xalq isə çıxış yolunu Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Nəhayət, "91-lər"in müraciətindən sonra Ulu Öndər Heydər Əliyev bu partiyanın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq verdi. Beləliklə, 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün YAP qısa müddətdə təşkilatlandı və ölkənin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi. Təsadüfi deyil ki, YAP yaranandan bir neçə ay sonra Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtdı. Təbii ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi xalqın təkidli tələbi ilə baş verdi.

Öz gücünü Heydər Əliyev ideyalarından alan Yeni Azərbaycan Partiyasının regionlarda geniş şəkildə ilk təşkilatları yarandı.

24 il inkişafın yeni mərhələsində

Ötən 24 il ərzində YAP böyük bir inkişaf yolu keçib və bu gün Yeni Azərbaycan Partiyası ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Bu partiyanın ötən 24 il ərzində nəinki ölkənin, eyni zamanda, regionun ən böyük siyasi partiyasına çevrilməsinin və sosial dayqlarının gündən-günə güclənməsinin arxasında yatan səbəbləri araşdırarkən diqqət edilməli olan bir neçə nüanslar var: belə ki, siyasi partiyaların gücünü formalaşdıran və ona böyük ictimai dəstək verən başlıca detallardan biri, həmin təşkilatların liderləri və onlara cəmiyyətin verdiyi dəstəklə bağlıdır. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının bu gün Azərbaycanın ən güclü siyasi təşkilatı olmasını qaçılmaz reallıq da hesab etmək olar. Eyni zamanda, Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlətəçilik tarixində ən böyük xidmətlərə sahib olan, böyük siyasətçi və dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən yaradılıb. Digər nüans isə həmin partiyaya Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev rəhbərlik edir. Digər məqam isə, Yeni Azərbaycan Partiyasının ciddi rəqabətə davam gətirə biləcək potensialı var, öz sosial bazasını nəinki qoruya bilir, eyni zamanda, tərəfdarlarının sırasını xeyli genişləndirmişdir. Bütün bunlar isə, zamanın tələblərinə cavab verən konsepsiya və proqramlara əsaslanan idarəçilik qaydaları ilə mümkün olmuşdur.

Bütün deyilənlərlə yanaşı, YAP-ın milli-mənəvi dəyərlərə son dərəcə konservativ yanaşmaqla tarixi ənənələri müasir dünya təcrübəsi ilə birləşdirməyə çalışmasıdır. Bütün deyilən məqamlar YAP-ın ən müxtəlif sosial təbəqələrin etimadını qazanaraq ümumxalq partiyasına çevrilməsinə şərait yaradıb.

Yeni Azərbaycan Partiyası seçkilərdən-seçkilərə

Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. Yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub və Azərbaycanda keçirilən bütün ümummilli seçkilərdə parlaq qələbələr qazanmaqla, hər seçkidən-seçkiyə böyük seçki təcrübəsinə malik olub. Bu qələbələri şərtləndirən mühüm amillərdən biri YAP-ın daim yeni, müasir seçki texnologiyalarını seçki kampaniyası zamanı tətbiq etməsidir.

Beləliklə, sadalananlar deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Daha dəqiq desək, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. Ən əsası isə, Yeni Azərbaycan Partiyası siyasi palitranın ən güclü və nüfuzlu ictimai-siyasi təşkilatı olmaq etibarilə vətəndaşların alternativsiz seçimi kimi çıxış edir. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Görülən bütün bu işlər, əlbəttə ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunu da artırır. Yeni Azərbaycan Partiyasının siyasi səhnədə ciddi rəqibi yoxdur. Bu, reallıqdır. Ona görə yox ki, biz kiməsə problem yaradırıq, yaxud da hansısa xüsusi imtiyazlara malikik. Hər bir siyasi qüvvə hansı çərçivədə fəaliyyət göstərirsə, biz də eyni çərçivədə fəaliyyət göstəririk. Sadəcə, ona görə ki, görülən işlər, islahatlar, insanların yaşayış səviyyəsinin qalxması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi bizə olan inamı daha da artırır".

Beləliklə, yuxarıda sadalanan fundamental faktlar və reallıqlar YAP-ın ictimai-siyasi mövqeyini və nüfuzunu gücləndirməkdədir.

Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası, nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir.

R.KAMALQIZI

Digər xəbərlər