PDF Oxu

Siyasət

  • 43

Rövşən Rzayev: “ATƏT PA-da ikili standartlara yol verilir” AÇIQLAMA

Rövşən Rzayev: “ATƏT PA-da ikili standartlara yol verilir” AÇIQLAMA

"ATƏT Parlament Assambleyasında (ATƏT PA) Azərbaycan nümayəndə heyəti müsbət işini aparır. Amma təəssüf ki, orada da ikili standartlara yol verilir. Tamamilə ədalətdən kənar birbaşa ATƏT PA-nın borcu ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini qiymətləndirməyi bacarmalıdır". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.Onun sözlərinə görə, onlar ATƏT-in Minsk qrupunun fəaliyyətinə müsbət töhfə verməlidir: "Amma təəssüf ki, Ermənistanın təəssübkeşləri tərəfindən böyük nüfuzlu cəhdləri hesabına o cür ədalətli yanaşmanı biz ATƏT PA-dan da görmürük. Əksinə onlar özlərinin fəaliyyətsizliyini beynəlxalq aləmdən gizlətməkdən ötrü vaxtaşırı Azərbaycana qarşı müxtəlif qarayaxma kampaniyası ilə məşğul olurlar. Yaxşı olardı ki, onlar daha çox beynəlxalq hüquq prinsiplərinə, birbaşa vəzifə borclarına uyğun məsələlərə qiymət verməyi bacarsınlar".

sia.az

Digər xəbərlər