PDF Oxu

Siyasət

  • 48

“The Korea Times”: Azərbaycan ilə Koreya Respublikası arasında bir çox oxşarlıqlar var

“The Korea Times”: Azərbaycan ilə Koreya Respublikası arasında bir çox oxşarlıqlar var

Koreya Respublikasının nüfuzlu "The Korea Times" qəzetində Azərbaycan haqqında geniş məqalə dərc edilib. İki ölkə arasında oxşar tarixi və mədəni faktlardan söz açılan məqalədə Azərbaycanın Cənubi Qafqazda, Xəzər dənizi sahilində mineral ehtiyatlarla zəngin, dinamik inkişaf edən bir ölkə olduğu vurğulanır.Müəllif Çoe Çonq-dae əminliklə yazır ki, iki ölkə arasında əlaqələrin əsası hələ qədim İpək Yolu vasitəsilə qoyulub. Buna sübut olaraq koreyalı və azərbaycanlı tədqiqatçıların Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə arxeoloji qazıntılar zamanı tapdığı əşyalarla eramızın ilk minilliyində Korea ərazisində mövcud olmuş Şilla imperiyası dövründə istifadə olunan əşyaların oxşarlığı göstərilir.Məqalədə qeyd olunur ki, Azərbaycan ilə Koreya arasında tarixi, mədəni istiqamətdə bir çox oxşarlıqlar var, hər iki xalqın dili eyni qrupa- Altay dil qrupuna daxildir. Bundan başqa, Azərbaycanın müstəqilliyini bərpa edən zaman qarşılaşdığı çətinlikləri vaxtilə Koreya da yaşayıb. Müəllif bu baxımdan 1990-cı ilin Qanlı Yanvarında sovet qoşunlarının Bakıda dinc əhalini gülləbaran etməsi faktını xüsusi vurğulayır. Qeyd edir ki, yanvar hadisələri zamanı xalqın nümayiş etdirdiyi qəhrəmanlıq Azərbaycanın azadlığı yolunda mühüm addım oldu. Müəllif eyni taleyi Koreya xalqının 1919-cu ildə yapon istilaçılarına qarşı mübarizənin gedişində yaşadığını qeyd edir.Çoe Çonq-dae məqaləsini Azərbaycan ilə Koreya Respublikası arasında münasibətlərin daha da dərinləşməsinə dair arzusu ilə bitirirək qeyd edir ki, iki ölkə mədəni mübadilə vasitəsilə dünyada sülhün təminatına daha çox töhfə verə bilər.

Digər xəbərlər