PDF Oxu

Siyasət

  • 46

Nazir: "Azərbaycan- Gürcüstan müştərək komissiyasının görüşü keçiriləcək"

Nazir: "Azərbaycan- Gürcüstan müştərək komissiyasının görüşü keçiriləcək"

Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Gürcüstanın xarici işlər naziri Mixail Canelidze ilə görüşü keçirilib. SİA-nın xəbərinə görə, görüşdən sonra nazirlər mətbuat konfransı keçiriblər.Görüş haqqında məlumat verən Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov söyləyib ki, Azərbaycanla Gürcüstan arasında dərin strateji tərəfdaşlıq mövcuddur. Enerji sahəsində əməkdaşlığın geniş olduğunu deyən nazir bildirib ki, görüş zamanı nəqliyyat məsələlərinə də toxunulub: "Gürcüstanda olanda Bakı- Tbilisi- Qars dəmir yolunun tikinti sahəsinə getmişdik. Bu dəhliz önəmli olmaqla yanaşı, hər iki ölkənin maraqlarına uyğundur. Layihə Azərbaycan və Gürcüstan iqtisadiyyatının güclənməsinə təkan verəcək. Görüşdə sərhəd xəttinin delimitasiyası və turizm sahəsində əməkdaşlığa da toxunulub. Azərbaycan və Gürcüstan bərabər turizm məsələsində iş qura bilər. Delimitasiya ilə bağlı bu yaxınlarda işçi qrupunun görüşü keçiriləcək. Sərhəd xəttinin uzunluğu 480 km-dir, ondan 314 km-i razılaşdırılıb. Belə qərara gəlmişik ki, bu məsələni yerindən tərpədək və qalan hissəni də razılaşdıraq. Gürcüstanlı ekspertləri Azərbaycana səfərə dəvət etmişik. Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlığı daha da genişləndirməyin hüquqi bazasını müzakirə etdik. 11 sənəd barədə danışıqlar gedir. Onlardan 2-si, 3-ü razılaşdırılıb. Bu yaxınlarda Azərbaycanla Gürcüstan arasındakı müştərək komissiyanın görüşü də keçirilməlidir".

siaşaz

Digər xəbərlər