PDF Oxu

Siyasət

  • 35

Politoloq: “ABŞ-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir” AÇIQLAMA

Politoloq: “ABŞ-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir” AÇIQLAMA

"Cənab Prezident İlham Əliyevin ABŞ-da keçiriləcək Nüvə sammitinə dəvət alması və orada iştirakı iki ölkə arasındakı münasibətlərin inkişafına böyük töhfə verəcək". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Sübut Əsədov deyib.Politoloq bildirib ki, Azərbaycan-ABŞ münasibətləri 25 ildir ki, müxtəlif sahələrdə əməkdaşlıqla davam etdirilir: "Enerji təhlükəsizliyi, eyni zamanda beynəlxalq terrorizmə, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində iki ölkə arasında geniş əməkdaşlıq mövcuddur. ABŞ və Azərbaycan Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edir".Onun sözlərinə görə, ABŞ-da baş verən 2011-ci il 11 sentyabr hadisələrindən sonra terrorizmə qarşı mübarizə koalisiyasına qoşulan ilk dövlətlərdən biri məhz Azərbaycan olub: "Azərbaycan Əfqanıstanda aparılan hərbi əməliyyatlarda dərhal və qeyri-şərtsiz iştirak etdi. Bu, ABŞ tərəfindən yüksək qiymətləndirildi. Corciya ştatında Dağlıq Qarabağ qondarma rejimini tanıyan qərarın qəbul edilməsi Azərbaycan-ABŞ münasibətlərinin inkişafına kölgə salır. Amma bu qərar ABŞ dövlətinin mövqeyini ifadə etmir. ABŞ Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tanıyır. İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir"."ABŞ-da yaşayan azərbaycanlılar, diaspora təşkilatlarımız daha fəal olmalı, Corciya ştatında qəbul olunan bu kimi qərarlara etirazını bildirməli, belə qərarların qəbulunda canfəşanlıq edən qüvvələrin yalanlarının ifşası üçün əllərindən gələni etməlidirlər".

sia.az

Digər xəbərlər