"Əli Kərimli Azərbaycan siyasətinə qara ləkədir. O durduqca intriqalar, qaragüruh bitməyəcək". Bu fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) alternativ yaradılan AXCP-nin sədr müavini Səbuhi Aslanbəyli Əli Kərimlinin bütün siyasətini sosial şəbəkə üzərində qurmasına münasibətini açıqlayarkən deyib.Sədr müavini qeyd edib ki, bu adamın sosial şəbəkələrdə kimlərinsə üzərinə getməsi, təhqirlər yağdırması şəxsi məqsədlərə xidmət edir: "Hazırda Əli Kərimli birmənalı olaraq Qərbin inamını itirib, indi də özünə başqa maliyyə qaynağı axtarır. Bunu hər formada sübut edə bilərik".Səbuhi Aslanbəyli əminliklə bildirdi ki, bu üsullarla Əli Kərimli özünü ifşa edir: "Ona görə də hesab edirəm ki, Əli Kərimlinin cılızlığı və pul hərisliyi heç bir halda milli maraqlara xidmət edən insanları ruhdan salmamalı, əksinə daha da ruhlandırmalıdır. Kimin nə olduğu zatən ortadadır".
sia.az