PDF Oxu

Siyasət

  • 37

"Müasir dövrdə çoxlu çağırışlar ortaya çıxıb, təhdidlər yaranıb"

"Müasir dövrdə çoxlu çağırışlar ortaya çıxıb, təhdidlər yaranıb"

"Müasir dövrdə çoxlu çağırışlar ortaya çıxıb, təhdidlər yaranıb". SİA-nın xəbərinə görə, bunu bu gün IV Qlobal Bakı Forumunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib. Həmsədr forumun "Çoxqütblü dünyaya doğru" mövzusuna həsr edildiyini nəzərə çatdıraraq söyləyib ki, Yunanıstan böhranı bazar iqtisadiyyatının bir çox problemi ortaya çıxardığını göstərdi: ""Çoxqütblü dünyaya doğru" şüarı ilə əməkdaşlıq etməyə can atan dövlətlərin sayı çoxalıb. "Əl-Qaidə" terror təşkilatı Qərbdə müsəlman əhaliyə qarşı münasibəti pisləşdirib. Bu, tək iqtisadi deyil, sosial, mədəni məsələlərdir. Ona görə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması qərara alınıb. Biz anladıq ki, get-gedə çoxqütblü dünyaya doğru gedirik".İ.Serageldin qeyd edib ki, Forumda Suriya mövzusu ayrıca müzakirə olunacaq: "Eyni zamanda biz İran və Əfqanıstan kimi ölkələrin özünəməxsusluğunu nəzərə almalıyıq. Başa düşməliyik ki, bu dünyada problemləri həll etmək üçün əməkdaşlıq etməliyik. Demokratiyanın inkişaf etdiyi Avropa və ABŞ-da da cəmiyyətlər bölünür, demokratiya problemlərlə qarşılaşır. Ekstremizmin qarşısının alınması üçün daha çox gəncin İKT-yə cəlb olunmasına ehtiyac var. Müasir düşüncə tərzi ekstremizmin aradan qalxmasına zəmin yarada bilər. Biz demokratiyanı insanların hüquqlarını pozan amillərlə ölkələrimizdə tətbiq etməyə çalışmamalıyıq".

sia.az

Digər xəbərlər