PDF Oxu

Siyasət

  • 35

Hikmət Babaoğlu: "Forumda Azərbaycan özünəməxsus inkişaf modelini nümayiş etdirəcək" ŞƏRH

Hikmət Babaoğlu: "Forumda Azərbaycan özünəməxsus inkişaf modelini nümayiş etdirəcək" ŞƏRH

"Bakı şəhəri çoxsaylı iqtisadi-mədəni, idman və intellektual tədbirlərin keçirildiyi bir mərkəzə çevirilib . Bunların sırasında artıq dördüncü dəfə keçirilən IV Qlobal Bakı Forumunun xüsusi yeri var". Bu fikirləri SİA-ya millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu IV Qlobal Bakı Forumunun əhəmiyyətini şərh edərkən deyib.Millət vəkili bildirib ki, qlobal iqtisadi müstəvidə Davos Forumu, qlobal təhlükəsizlik müstəvisində Münhen Konfransı dünya üçün hansı əhəmiyyətə malikdirsə, Qlobal Bakı Forumu da hazırkı mərhələdə beynəlxalq münasibətlər sisitemində mövcud olan ən aktual problemlərin müzakirəsi baxımından eyni əhəmiyyətə malikdir: "Müzakirə olunacaq məsələlər isə həm iqtisadi, həm siyasi, mədəni, həm də enerji və ekoloji təhlükəsizlik məsələlərini əhatə edən çoxsaylı bloklardan ibarətdir. Xüsusi qeyd etmək lazımdır ki, hazırkı məqamda dünya siyasətində ən aktual məsələlərdən biri hesab olunan qlobal idarəetmədə yaşanan böhran və qlobal etimadsızlıq mühitinin olması məsələləri də müzakirə obyekti olacaq. Eyni zamanda dinlərarası dialoq mühitinin yaxşılaşdırılması, multikultural dəyərlərin qlobal dəyər kimi əhəmiyyəti də Bakı Forumunun əsas mövzularından biri olacaq. Ən əhəmiyyətlisi isə odur ki, rəsmi Bakı bütün sadalanan istiqamətlər üzrə əldə etdiyi uğurları unikal nümunə kimi dünyanı idarə etmiş və hazırda idarə edən auditoriyaya təqdim edəcək. Dolayısıyla Azərbaycanın özünəməxsus inkişaf modelini nümayiş etdirəcək, bir daha Azərbaycan torpaqlarının Ermənistan ordusu tərəfindən işğal edildiyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla işğal faktının Avropanın da təhlükəsizliyini təhdid etdiyini bildirəcək. Beləliklə açıq fikir mübadiləsi çərçivəsində mövcud problemlerin həlli ilə bağlı ən yeni fikirlər səsləndiriləcək bir növ beyin fırtınası effekti yaratmaqla problemlərin həlli yolları axtarılacaq".Hikmət Babaoğlu belə bir əhəmiyyətli forumun keçirilməsi üçün məkan olaraq Azərbaycanın seçilməsinin təsadüfi hal olmadığını da diqqətə çatdırıb. O qeyd edib ki, belə mötəbər tədbirin Bakıda keçirilməsi bir daha ölkəmizin dialoq və əməkdaşlıq məkanı olduğunu göstərir.

sia.az

Digər xəbərlər