PDF Oxu

Siyasət

  • 60

Albaniya prezidenti: "Forumu yüksək qiymətləndirirəm"

Albaniya prezidenti: "Forumu yüksək qiymətləndirirəm"

"Forumun mövzuları düzgün və məqamında seçilib". SİA-nın xəbərinə görə, bunu IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Albaniya prezidenti Bujar Nişani deyib."Çoxqütblü dünya barədə müzakirələrin aparılacağını öyrənəndə "soyuq müharibə" başa çatdıqdan sonra baş verən dəyişiklikləri xatırladım. 25 il ərzində dünya sürətlə dəyişilib. Azadlıq, kibertexnologiyaların inkişafı, təbii sərvətlərin istismar edilməsinin əlaqələndirilməsi, sərbəst bazar münasibətlərinin yaradılması və digər aspektlər əvvəllər bəşəriyyətə məlum olmayan bir inkişafa səbəb olub. Bir sıra dövlətlər sürətlə inkişaf edərək raqəbətədavamlı dövlətlərə çevriliblər, güclü ölkələr olublar. Amma elə dövlətlər də var ki, vəziyyət fərqlidir" -deyə, Bujar Nişani qeyd edib.Onun sözlərinə görə, "soyuq müharibə"nin başa çatmasından sonra sərhədlər daha çox virtual xarakter daşımaqdadır: "Dinlə əlaqələndirilməyə çalışılan, ancaq dinlə əlaqəsi olmayan radikalizm meylləri artıb. Bu çağırış və təhdidlərin öhdəsindən gəlmək üçün kompleks tədbirlər görmək lazımdır. Müxtəlif regional və beynəlxalq təşkilatlar bu çağırışlara uyğunlaşmalıdır. Dünya dəyişib, çoxqütblü konfiqurasiyaya keçib. Bu gün dünyanın daha çox dialoq və əməkdaşlığa ehtiyacı var. Ona görə də belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirirəm".

sia.az

Digər xəbərlər