"Cənab Prezidentimiz İlham Əliyevin Vaşinqtonda keçiriləcək Nüvə sammitinə dəvət edilməsi Azərbaycan-ABŞ əməkdaşlığının göstəricilərindən biridir". Bunu SİA-ya professor, millət vəkili Musa Qasımlı deyib.Onun sözlərinə görə, ölkəmiz ABŞ ilə ikitərəfli və çoxtərəfli formatda müxtəlif sahələrdə - beynəlxalq terrorizmə qarşı mübarizədə və s. geniş əməkdaşlıq edir: "Azərbaycan sözü ilə işi bir olan etibarlı tərəfdaşdır. ABŞ-ın Azərbaycanda, Azərbaycanın da ABŞ-da maraqları vardır. Qarşılıqlı münasibətlərin böyük potensialı mövcuddur".Qeyd edək ki, bu il martın sonlarında bir çox ölkələrin dövlət və hökumət başçıları ABŞ prezidenti Barak Obamanın dəvəti ilə nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün Vaşinqtonda toplaşacaqlar. Sammit 2010-cu ildən keçirilir.
sia.az