PDF Oxu

Siyasət

  • 37

"Dünyanın təkmilləşməsinə öz töhfəmizi verməliyik"

"Dünyanın təkmilləşməsinə öz töhfəmizi verməliyik"

"Bu gün telekanallardakı reportajlarda insanlara qarşı zorakılığı, qaçqınlara, qadınlara qarşı seksual zorakılıqları görürük. İnsanlar öz cahilliklərindən təbiətə qarşı vəhşiliyə yol verirlər".SİA-nın xəbərinə görə, bunu IV Qlobal Bakı Forumunda çıxışında Latviyanın sabiq prezidenti Vayra Vike-Freiberqa deyib.Vayra Vike-Freiberqanın sözlərinə görə, forumda ideyalar mübadiləsi həyata keçirilir: "Xalqlarımıza fayda verən məsələləri müzakirə etməliyik. Burada hazırda hakimiyyətdə olan şəxslər, eyni zamanda gənc liderlər var. Gənc liderlər təcrübəli şəxslərlə fikir mübadiləsi həyata keçirməlidirlər. Çünki sabahın uğurları sizdən asılıdır. Dünyanın təkmilləşməsinə öz töhfəmizi verməliyik. Bunun üçün müxtəlif nöqteyi-nəzərləri bir araya gətirməli, bir-birimizi həvəsləndirməliyik".

sia.az

Digər xəbərlər