"Dünyanın bölüşdürülməsi ilə bağlı Yalta konfransı ərəfəsindəyik, dünya buna imkan verməməlidir". SİA-nın xəbərinə görə, bunu bu gün başlayan IV Qlobal Bakı Forumunun açılışında Bolqarıstan prezidenti Rosen Plevneliyev deyib.Onun sözlərinə görə, müharibə etmək asandır, sülh əldə etmək isə çətindir: "Güclü dövlətlər asan şəkildə nizamı poza bilər. Sərhədləri pozmaq yox, rifaha nail olmaq lazımdır. Azad, tolerant cəmiyyətlər yaradılmalıdır. Dünyada millətçiliyin artdığını nəzərə alsaq, Avropa özü mənəvi, dəyərlər münaqişəsinə cəlb olunub. İqtisadi və siyasi əməkdaşlıq zəruridir".Bolqarıstan prezidenti deyib ki, bu gün sərhədlərimizdə xaos, dondurulmuş münaqişələri görürük: "Cinayətkar mütəşəkkil qruplar milyardlar qazanır. Miqrantlar daha yaxşı həyat səviyyəsi axtarışındadırlar. Sərhədləri təhlükəsiz saxlamaq üçün insan haqları müdafiə olunmalıdır. Balkan ölkələrini sabitlik və rifahın, dinlərin və cəmiyyətlərin tolerantlığı üçün ön cəbhəsi sayıram. Diplomatiya, danışıqlar, sərhədlərin bölünməzliyi əsas götürülməlidir. 2016-cı ildə biz daha qeyri-sabit dünya nizamına doğru gedirik. Yeni dünya nizamına, yeni cəmiyyətlərin yaradılmasına nail olmalıyıq, əməkdaşlıq əsas götürülməlidir".
sia.az