PDF Oxu

Siyasət

  • 55

Elman Məmmədov: “Dünya müharibəsi artıq bir neçə ildir başlayıb” AÇIQLAMA

Elman Məmmədov: “Dünya müharibəsi artıq bir neçə ildir başlayıb” AÇIQLAMA

"Stratfor" analitik mərkəzinin sədri Corc Fridmanın dünya müharibəsinin qaçılmaz olduğu barədə fikirlərinə şəxsi münasibətlər kontekstindən baxmaq lazımdır. Çünki hərənin öz fikri var". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, dünya müharibəsi artıq bir neçə ildir ki, başlayıb və davam edir: "Buna misal olaraq, Yaxın Şərqi və s. göstərə bilərik. Hətta bu yaxınlarda da Rusiya patriarxı ilə Roma Papasının görüşü və orada müzakirə olunan məsələlər ona dəlalət edir ki, Yaxın Şərqdə və Şimali Afrika ölkələrində xristianlıq və xrsitianlar sıxışdırılır. Təbii ki, bu da müharibənin bir qədər qızışmasına kömək edir. İndi müharibənin böyük dövlətlər arasında nə vaxt və hansı regionda başlayacağını söyləmək çətin məsələdir. Hesab edirəm ki, dünya müharibəsi xristian dünyasının İslam dünyasına qarşı kütləvi hücumları ilə müsəlman dövlətlərin dağıdılması, viran qoyulması və s. artıq neçə ildir ki, davam edir".

sia.az

Digər xəbərlər