PDF Oxu

Siyasət

  • 55

Rövşən Rzayev: “AŞPA sədrinin söylədikləri reallıqdır”AÇIQLAMA

Rövşən Rzayev: “AŞPA sədrinin söylədikləri reallıqdır”AÇIQLAMA

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramuntun Ermənistanı Azərbaycan torpaqlarını işğal etməsinə görə pisləməsi reallıqdan xəbər verir. Çünki rəsmi İrəvan özünün işğalçılıq siyasətini hələ də davam etdirir". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.Onun sözlərinə görə, təəssüf ki, Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq aləm göz yumur: "İkili standartlar şərait yaradır ki, Ermənistan öz mənfi mövqeyini birdaha səsləndirsin. BMT-nin Dağlıq Qarabağla bağlı 4 məlum qətmanəsi var. Bu günə kimi də o qətnamələr icra olunmayıb. AŞPA kimi nüfuzlu bir təşkilatın prezidentinin bu həqiqəti səsləndirməsi onları təbii ki, narahat edir. Ona görə də bu narahatçılığı yatırtmaqdan ötrü işğalçı ölkə bu cür addımlara əl atırlar. Bu gün böyük dövlətlər Ermənistanı öz işğalından əl çəkməyə məcbur etməlidirlər və onlara düzgün yol göstərməlidirlər. Amma həqiqətdə bu heç də elə deyil".

sia.az

Digər xəbərlər