Ellada Məmmədli: "ADR hərəkatı rəhbərliyi üçün heç bir məhdudiyyət yoxdur"
"ADR hərəkatı heç bir siyasi görüşdən kənarda qalmır, təklif varsa dəyərləndirmə də olur. Siyasətdə olanların eyni siyasi masa arxasında oturması labüddür". Bu fikirləri SİA-ya Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Ellada Məmmədli Müsavat partiyasından görüşlə bağlı təklif olarsa, onların hansı cavabı verəcəkləri barədə danışarkən deyib.ADR rəsmisi bildirib ki, Müsavat partiyasından bununla bağlı ADR-ə təklif gələrsə onu müzakirə edə bilərlər: "ADR hərəkatı rəhbərliyi üçün heç bir məhdudiyyət yoxdur. Amma tam əminliklə söyləyirəm ki, Müsavatın indiki rəhbərliyi siyasəti şəxsi ambisiyaları üzərində qurduğu üçün belə görüşün olması mümkün olmayacaq. Bunu yalnız zamana buraxmaq daha doğru olar".
sia.az