PDF Oxu

Siyasət

  • 51

“Bu Foruma ev sahibliyi etmək dünyadakı müsbət imicimizin göstəricisidir” AÇIQLAMA

“Bu Foruma ev sahibliyi etmək dünyadakı müsbət imicimizin göstəricisidir” AÇIQLAMA

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumu işə başlayıb. Forumun əhəmiyyəti barədə SİA-ya açıqlama verən siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov paytaxtımızda növbəti dəfə yüksək səviyyəli tədbirin keçirilməsinin qürurverici hal olduğunu deyib: "Forum ənənəvi illik zirvə toplantısı xarakteri daşıyır. Forumun artıq dördüncü dəfə ölkəmizdə təşkil olunması şübhəsiz Bakının effektiv xarici siyasətinin nəticəsidir. Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan prezidentlərinin də qatıldığı Forumda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir".İki gün davam edəcək bu ilki "Çoxqütblü dünyaya doğru" mövzusuna həsr edilən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlərin müzakirə olunacağını deyən Zaur Məmmədov bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlərin də Forumun gündəliyinə daxil edildiyini qeyd edib: "Bakı Forumunda həmçinin dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə edilir və bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılır. Bakı forumu mövzuların genişliyi və aktuallığı, yüksək səviyyəli təmsilçilik və tədbirdə iştirak edən nümayəndələrin fəallığı baxımından dünya ictimaiyyətinin və beynəlxalq medianın diqqətini çəkib".Onun sözlərinə görə, qlobal mövzuların müzakirəsinin məhz Bakıda, Azərbaycan paytaxtında keçirilməsini yüksək dəyərləndirmək lazımdır: "Dünyada ziddiyyətlərin önə çıxdığı, ölkələrin ən müxtəlif bəhanələrlə təzyiqlərə məruz qaldığı, gərgin proseslərin cərəyan etdiyi bir dövrdə Azərbaycan paytaxtının qlobal problemlərin həllinə həsr olunmuş diskussiyalara ev sahibliyi etməsi ölkəmizin imici baxımından mühüm əhəmiyyət daşıyır". "Qeyd edim ki, "Çoxqütblü dünyaya doğru" mövzusunda Qlobal Bakı Forumu siyasi, iqtisadi və humanitar sahələrdə dövrümüzün aktual məsələlərinin, dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslərin müzakirə olunduğu mühüm platformadır".

sia.az

Digər xəbərlər