"Yaxın Şərq regionunda gərginlik həmişə olub".SİA-nın xəbərinə görə, bu fikirləri IV Qlobal Bakı Forumunun ikinci günündə çıxışı zamanı Livanın sabiq Baş naziri Fouad Siniora deyib. Sabiq Baş nazir son 40 ildə baş verən hadisələrin bütünlükdə regionda hər şeyi alt-üst etdiyini deyib: " 1979-cu ildə Sovetlərin Əfqanıstana girməsi, Misirin Ərəb İttifaqından çıxarılması, İran inqilabının baş verməsi, İraqın Küveytə girməsi, ABŞ-ın İraqa girməsi və digər hadisələr Yaxın Şərq, Xəzər və Mərkəzi Asiya regionunda mənfi dəyişikliklərə səbəb oldu. Böyük dağıntılar oldu. Elə böyük dövlətlərin məqsədi də bu idi. Hazırda bu regionlarda, xüsusilə də Yaxın Şərqdə təhsil və iqtisadi islahatlara önəm verilməlidir".Fouad Siniora qeyd edib ki, ərəb dünyasında despotik rejimlər üstünlük təşkil edir: "Böyük dövlətlər bu rejimləri məhv etmək adıyla gücdən istifadə etməklə öz maraqlarına nail olmağa çalışırlar. Rusiya Suriyaya səhv qapıdan girdi və oradakı rejimə yaşama şansı yaratdı. Nəticədə qismən də olsa Iranın Suriyada üstünlüyü azaldıldı. Əsəd hakimiyyət getsə, hər şey qaydasına düşəcək. Aydındır ki, Rusiyanın ərəb dünyasında öz maraqları var, amma bu Suriyanın bölünməsinə gətirməməlidir".
sia.az